Hər dəfə də səfirin ünvanına səslənən ittihamlar bir qədər də geniş vüsət alır. Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov isə Publika.az-a açıqlamasında deyib ki, ABŞ səfiri son dövrlər özünü diplomatdan daha çox Azərbaycanın daxili işlərinə qarışan, müxalifətə məsləhət verən, havadarlıq edən şəxs kimi göstərir. Ona görə E.Məmmədov Morninqstara qarşı maraqlı təkliflə çıxış edib: “Demişdim ki, ölkəmizdə fəaliyyət göstərən hər hansı bir diplomatik korpus və təşkilat öz fəaliyyətində Azərbaycanın daxili işlərinə qarışırsa, Azərbaycan qanunlarının tələblərini pozursa, ölkə daxilində təxribat xarakterli hər hansı hərəkətlərə yol verirsə, o zaman Azərbaycan tərəfi həmin qurumlarla bağlı çox ciddi tədbirlər görməlidir. Hətta, biz həmin qurumları, səfirləri ölkədən çıxara bilərik. Azərbaycan bu haqqı özündə saxlayır”.
Politoloq Hikmət Hacızadə hakimiyyətin son günlər ABŞ-a qarşı yürütdüyü kampaniyaya münasibət bildirib: “Görünür Azərbaycan hakimiyyətinin ABŞ-ı ram etməyə yetəcək gücü var. Bir müddət əvvəl Azərbaycan iqtidarı Almaniya səfirini diz çökdürmüşdü, bu ölkənin səfirini ölkədən çıxarmaq haqqında düşünürdü. Hətta bəyan olunurdu ki, Almaniyada təhsil və səhiyyə bərbad vəziyyətdədir. Bu ölkədə əhalinin ciddi sosial problemləri var. İndi də Azərbaycan hakimiyyətinin qeyrəti yenə danışmağa başlayıb və ABŞ hədəfə gəlib. Adam söz də tapmır deməyə. Amma belə getsə hakimiyyət Amerikanı yıxacaq. ABŞ-ı da Almaniyanın aqibəti gözləyir. Bundan əvvəl hakimiyyətdən olan bir deputat Fransa prezidenti Jak Şirakın addımlarına etiraz edərək, ”Şirakın qudurduğunu" dilinə gətirmişdi. Hazırda da ABŞ-a qarşı oxşar kampaniya aparılır".
Azadliq.info
Son xəbərlər
Son Xəbərlər