“Son zamanlar sosial mediada mənim ən çox rast gəldiyim dünyanın düz olması ilə bağlı müzakirələrdir. Belə görünür ki, bizim elmlə bağlı çox ciddi problemlərimiz var”.
“Qafqazinfo” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi “Effektiv kommunikasiya" mövzusunda təlim-seminarda nazirin müşaviri Nicat Məmmədli bildib.
O qeyd edib ki, elmə marağı artırmaq lazımdır: “İnsanlara təşviqedici məlumatlar çox hazırlanmalıdır. Cəmiyyət bu istiqamətə yönəldilsə, daha yaxşı olacaq, insanlar cəhalətdən uzaqlaşacaq. Mənfi yönləndirici rəylərdən əl çəkilməlidir. Media nüvə enerjisinə bənzəyir, ondan yaxşı məqsədlər üçün də, dağıdıcı məqsədlər üçün də istifadə etmək olar. Mənim üçün bu gün fokuslanmaq istədiyim məsələ təhsil müəssisələrinin media rəhbərlərinin üzərinə düşən elmin populyarlaşdırılmasıdır. Bununla bağlı müzakirələr keçirilir. Lakin bunlar çox azdır”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər