“Belə hadisələr xalqın iradəsinə təsir etməz” - Ayətullah Xamenei

bele-hadiseler-xalqin-iradesine-tesir-etmez
Oxunma sayı: 658

İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei bu gün minlərlə tələbənin qarşısında çıxış edərək Tehranda törədilən terror hadisələrindən danışıb.

“Qafqazinfo” Mehr agentliyinə istinadən xəbər verir ki, bu hadisələrin İran xalqının iradəsinə təsir etməyəcəyini söyləyib:

“Bunlar onu göstərir ki, əgər İran bu fitnələrlə mübarizə aparmasaydı, hazırda ölkənin çox yerində belə hadisələr baş verərdi. İnşallah bunların fitnəsindən qurtulacağıq”.

Qeyd edək ki, bu gün Tehranda Parlament binasına və İmam Xamenei türbəsinə edilən terror hücumları nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.