“Belə halda Şuşa mədəniyyət paytaxtı yox, muzeylər şəhəri olacaq”

bele-halda-susa-medeniyyet-paytaxti-yox-muzeyler-seheri-olacaq
Oxunma sayı: 2278

Milli Məclisin deputatı Erkin Qədirli “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müqəddiməsində Prezidentin sərəncamına istinad edilməsini doğru hesab etmir.

“Qafqazinfo” xəbər verir ki, deputat Milli Məclisdə qanun layihəsinin müzakirəsində çıxış edərək bildirib ki, bu istinad hüquqi baxımdan düzgün deyil:

“Sabah nəzəri ehtimalla sərəncam dəyişdirilə bilər. Qanun isə qalacaq. Ona görə də müqəddimədə sərəncama istinad olmamalıdır. Mədəniyyətin iki komponenti var. Biri folklordur, digəri isə kültürdür. Layihənin əsas ruhu bərpa və qoruma işlərinə yönəldilib. Bu da aydındır. Ancaq Şuşa bərpa zəmnində qurulacaqsa, Şuşa mədəniyyət paytaxtı ola bilməyəcək. Muzeylər şəhəri olacaq”. 

Günel Türksoy