“Belə həyat yoldaşım olduğu üçün şanslıyam” - Fotolar

bele-heyat-yoldasim-oldugu-ucun-sansliyam
Oxunma sayı: 663

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına maraqlı müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Sevimli qələbəniz hansıdır?

- Biz DÇ-1998-də Almaniya üzərində qələbə qazandıq. Həmin matçı unuda bilmərəm. Düzdür, o matçda meydanda yox idim. Amma qələbə böyükdür. 

- Ən gözəl qolunuz?

- “Partizan”a vurduğum qol. 

- Oynadığınız ən yaxşı komanda? 

- Xorvatiya yığması və “Srvena Zvezda”

- Gördüyünüz ən yaxşı komanda?

- Pep Qvardiolanın “Barselona”sı. Yaşıl meydanlarda heç vaxt bir komanda onlar qədər dominantlıq edə bilmirdi. 

- Tarixin ən yaxşı futbolçusu?

- Lionel Messi. O hamımızdan üstündür.

- Tarixin ən böyük məşqçisi?

- Yohan Kroyff. O, qəlbimizdə sevgi ilə yaşayır. 

- Uşaqlıqda futbol kumiriniz?

- Mişel Platini. 

- “Real”ın mənası nədir?

- Dünyanın ən böyük klubu. Bu komanda mənim ailəmin bir hissəsidir. Fəxr edirəm ki, Madrid klubunda oynamışam. Mən ora gənc oyunçu kimi getdim, oynadım və özümü tapdım. 

- Bəs, “Barselona”?

- Bir klubdan daha artıqdır. Yalnız orda oynadığınız zaman bunu anlayacaqsınız. 

- “Srvena Zvezda”?

- Biz orada şərəfli işlər görmüşük. Unutmaq lazım deyil.

- Futbolçu olduğunuz üçün nəyə etiraz edirsiniz?

- Heç bir şeyə. Sadəcə burada çox həzz alıram. 

- Futbolda ən güclü atmosfer?

- Belqrad derbisi. Hər kəs bu oyundan danışır. 

- Bir gün Xorvatiyanın baş məşqçisi dəvətini qəbul edərsiniz?

- Bilirsiniz, heç vaxt. 

- Çiro Blazeviç?

- Onun haqqında dəfələrlə danışmışam. Çirosuz həyat darıxdırıcı olardı. 

- Futbolda video texnologiya?

- Buna qarşı deyiləm. Lakin hər kiçik şey üçün videodan istifadə etmək doğru olmaz. Bu oyunun sürətini boğacaq. 

- Sevimli idman? Futbol?

- Basketbol mənim ikinci sevimli idman növümdür. Bir müddət tsibona idman var idi. Çox xoşuma gəlirdi.

- Ən böyük xorvat idmançılar?

- Yanica Kosteliç. Belə çempion heç vaxt olmayıb.

- Bəs, Drazen Petroviç?

- O, əfsanədir. Ətrafındakı hər şey sübut edir ki, yaxşı insandır. 

- Dünya miqyasında ən böyük idmançı?

- Basketbol – Maykl Cordan.

- Bir dövlət kimi Yuqoslaviya haqqında nə deyərdin?

- Yaxşı musiqi, böyük futbol və böyük idman. Onlar keçmişdə qaldı.

- Xorvatiya?

- Bu ölkədə potensiyal çoxdur. Lakin biz yavaş-yavaş irəli gedirik. Mən bu ölkəni fərqli təsəvvür edirəm

- Tito?

- Böyük şəxsiyyət və dövlət xadimi idi. 

- Evliliyinizi necə qoruyursunuz?

- Mən razılaşmalıyam ki, belə həyat yoldaşım olduğu üçün şanslıyam. Həyat yoldaşım olmadığı zaman daha çox narahat oluram. 

- Son 58 ildə ən böyük tarixi rəqəm?

- Nelson Mandela. 

- Bir hadisə?

- Aya getmək. 

- Hedonizm?

- Mən yaxşı yeməkləri sevirəm.

- Ən yaxşı film?

- “Balkan Spy”

- Zvonimir Boban?

- O, xarizmatik idi. 

- Davor Şuker?

- Futbolçu kimi möcüzəvi biri. Qorxmadan deyirəm ki, federasiya işində daha diqqətli və fəal olmalıdır. 

- Velimir Zajeç?

- “Dinamo”nun əfsanəsi.

- “Bursaspor”a niyə getmədiniz?

- Mən işimi vicdanla görürəm. Ona görə qaçmaq istəmədim. Qorxaq kimi getmək fikrim yox idi. Hədəfimi yerinə yetirəcəm.

- AÇ-2008-də Türkiyəyə məğlubiyyət?

- Yuxusuz gecə idi. 

- Ailədə necəsiz?

- Bizim evdə hər zaman hrömət var. Ata hakimdir.

- “Vecernji List”in sorğusunda iki dəfə “ən yaxşı” olmusunuz. Hansı üstündür?

- İlki önəmlidir. Gənc idim ona görə.

- Luka Modriç?

- Ona artıq heç nə lazım deyil.

- Xorvatiya Rusiyadkaı DÇ-yə necə gedəcək?

- Çətin olacaq və biz orada ən yaxşılardan olmağa çalışacağıq.

- Xorvatiyanın hazırki görünüşü necədir?

- Bizə yeni ab-hava və yeni insanlar lazımdır.