“Belə məsuliyyətsiz addım heç zaman ağlıma gəlməmişdi”

bele-mesuliyyetsiz-addim-hec-zaman-aglima-gelmemisdi
Oxunma sayı: 1429

“Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanıması bu ölkənin tarixində bir ləkə kimi qalacaq”.

Qafqazinfo” xəbər verir ki, bunu yeni yaradılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev Almaniya Bundestaqının qondarma “erməni soyqırımı”nı qəbul etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu addım nəinki, Türkiyə-Almaniya, həm də Azərbaycan-Almaniya münasibətlərinə mənfgi təsir göstərəcək:

“Doğrusu, Almaniyanın belə bir məsuliyyətsiz addım atacağı heç zaman ağlıma gəlməmişdi. Almaniyada türklərin sayı 3 milyondan çoxdur. Təbii ki, Türkiyə Almaniya münasibətləri ciddi zərər görəcək. Dolayısı ilə yox, həm də bu hərəkət Azərbaycan Almaniya münasibətlərinə də təsir göstərəcək.

Bu günə kimi, Almaniya Dağlıq-Qarabağ münaqişəsinin həlli ilə bağlı sözü dinləniləcək bir ölkə sayılırdı. Hətta, Minsk Qrupunun həmsədr ölkəsi kimi də irəli sürülürdü. Almaniya qondarma erməni soyqırımını tanımaqla Dağlıq-Qarabağla bağlı da mövqeyini itirmiş hesab olunur”.

“Avropa anlamaq istəmir ki, bu çığallıq münasibətlərin daha da pisləşməsinə gətirib çıxarır” deyən AXCP sədri qeyd edib ki, 100 il bundan qabaq ölmüş insanların qəbrini qazımaq heç kimə şərəf gətirməz: “Almaniya, ümumiyyətlə isə Avropa Birliyi ölkələri səhv yoldadır. Əgər onlar həqiqət axtarırlarsa, uzağa getməsinlər. Gözlərinin qabağında ermənilərin törətdiyi Xocalı qətliamı var, bir milyona yaxın məcburi qaçqın və köçkün var. Onları görsünlər. Ermənilərin iddia etdiyi qondarma soyqırımın yüz yaşı, Xocalı qətliamının isə cəmi 24 yaşı var. Ədalətli olmaq istəyirsinizsə, Xocalı qətliamını tanıyın və eyni zamanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edin”.