“Əvvəlcədən də rəqibimizin gücünü bilirdik, çox sürətli və səlis futbolçuları var idi. Düşünürəm, bu oyunun komandam üçün çox faydası oldu”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında “Şaxtyor” (Ukrayna) ilə yoxlama oyunu keçirən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
“Rəqib bizi çox səhv etməyə məcbur etdi və bu da bizim xeyrimizə oldu. İkinci hissə daha fərqli yekunlaşdı. Rəqibin heyətində dəyişikliklər oldu və bizim futbolçular topla daha fəal olmağa başladılar. Amma bizim də qol epizodlarımız oldu. “Şaxtyor” əlinə düşən fürsətlərdən maksimum istifadə etməyi bacaran komandadır. Sevindirici haldır ki, oyun sona qədər davam etdi. Bura gələndə hava şəraiti istədiyimiz kimi deyildi. Amma sonda hər şey düşündüyümüz kimi oldu. Bugünkü oyun da, tam istədiyimiz kimi oldu. Belə oyunlar bizə ancaq fayda verir”.
Xatırladaq ki, “Şaxtyor” klubu ilə yoxlama oyununda “Qarabağ” 1:3 hesabı ilə məğlub olub.
Son xəbərlər
Son Xəbərlər