“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, il ərzində ölkədə selfi çəkmək üçün özlərini riskli vəziyyətlərə salan insanlardan təxminən 100-ü yaralanıb və bir o qədəri də həyatını itirib.
Rusiya Daxili İşlər Nazirliyi bu halların qarşısını almaq üçün "Cool bir selfiyə görə həyatınızdan ola bilərsiniz" yazılı braşura hazırlamaq qərarına gəlib.
Həmçinin braşurda "silahla selfie çəkmək öldürür" xəbərdarlığı da var. Bu xəbərdarlıq may ayında bir qadının silahla selfie çəkərkən səhvən özünü vurmasından sonra əlavə edilib. Bildirək ki, həmin qadın xilas olub.
Nazir müavini Yelena Alexeyeva isə selfi sevdasının gəncləri ölümə apardığını deyib: “Selfi çəkməzdən əvvəl hər kəs daha çox “like” almaq yarışının onu ölümə apardığını, çəkmək istənən fotoşəklin ölüm fotosunun ola biləcəyini düşünməlidir”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər