“Belə şeylər nəslimizin qanında yoxdur”

“Belə şeylər nəslimizin qanında yoxdur”
Oxunma sayı: 3395

Müğənni Mətanət Əsədova bir müddət əvvəl falçının qarşısında mahnı oxuması barədə yayılan videosuna münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o, “5-də 5” proqramında baxıcı yanına getmədiyini, türkə-çarə üçün həmin məkanda olduğunu qeyd edib:

“İnsanlar belə yerlərə gedir, xəlvət işlərini görür, özlərini camaata imam sifətində göstərirlər. Mən baxıcı filan tanısaydım, onların yanına gizli gedərdim. Belə şeylər bizim nəslimizin qanında yoxdur. Mən ora türkə-çarə üçün getmişdim.

Həkimin mənə kömək edə bilmədiyi şeyi o etdi. Sağalandan sonra təşəkkür üçün getdim. Dedi ki, heç nə lazım deyil, mənim üçün oxu. Mən də oxudum. Bunu şişirdib dağ başına qoymaq nəyə lazımdır?”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi