“Qafqazinfo” xəbər verir ki, o, köçürülmə prosesində yeyintilər olduğunu deyib: “Müəyyən yataqxana komendantları, qurumlar, həmin yataqxanaların məxsus olduğu müəssisələr qeyri-qanuni yolla insanları ora yerləşdirir. Biz bu ədalətsizliyə yol verməyəcəyik. Bilirik ki, kim orada 20 ildir yaşayır, kim yox. Mən hələ qaçqın və məcburi köçkünlərin bir çox qüsurlarını mətbuata açıqlamıram. Çünki mənim işim onları müdafiə etməkdir. Lakin bu onların qanunu poza biləcəkləri anlamına gəlmir. 100 insanın içində 1-2 nəfər qanunsuzluğa əl atır və dövlətin gördüyü bu qədər işi heç edir.
Təsəsvvür edin ki, Kəlbəcərli bir şəxs işğaldan bir neçə il əvvəl Gəncə şəhərində yaşamağa başlayıb. Bir il bundan əvvvəl həmin şəxs Kəlbəcər Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən qanunsuz yolla yataqxanada qeydiyyata alınıb.
Sizə iyrənc faktlardan danışacam. 3-4 uşağı olan bir şəxsə 1 mənzil ayrılmışdı. O isə tələb etdi ki, digər ailə üzvlərinə də mənzil verilsin. Sən demə, bunun 3 arvadı, hərəsindən 3-4 uşağı varmış. Bu adam məsuliyyətə cəlb olunmalıdır. Mən belə şeyləri danışmağı özümə yaraşdırmıram. Tər tökürəm.
Bu yaxınlarda Ağdam köçkünü olan bir qadın ağlaya-ağlaya bizə yaxınlaşdı. Bildirdi ki, bir dələduz 44 köçkündən 370 min manat pul toplayıb. Daha sonra bir qadını istiqamətləndirib və ona tapşırıq verib ki, pulları toplayıb filan yerə get bir adama ver, guya o sizi evlə təmin edəcək. Mən həmin şəxsin adını açıqlamayacam, amma rayon icra nümayəndəsidir. İşin üstü açıqlandan sonra o şəxs pulun 170 min manatını qaytardı. Hazırda Türkiyəyə qaçıb”.
Səidə
Son xəbərlər
Son Xəbərlər