Bələdçilər Nazirlər Kabinetinin qarşısına yığışdılar

beledciler-nazirler-kabinetinin-qarsisina-yigisdilar
Oxunma sayı: 983


Onun sözlərinə görə, Nazirlər Kabinetinin qarşısına yığışmalarına səbəb ərizələrinə müvafiq şöbə tərəfindən cavab verilməməsidir: “Bu aksiya deyil. Biz dekabrın 13- də Nazirlər Kabinetinə ərizə yazmışıq. Üstündən bir ay keçib, bizə cavab verməyiblər. Ona görə yenidən toplaşıb gəldik ki, bunun  səbəbini öyrənək. Nazirlər Kabineti Aparatının nəqliyyat və rabitə şöbəsinin müdiri Elşən Hacızadə bizi qəbul etdi. O bildirdi ki, müraciətlərimiz araşdırılacaq. Siz yenidən işinizə qayıda biləcəksiniz. Biz də yenidən ərizə yazıb şöbəyə təqdim etdik”. 

Xatırladaq ki, bir neçə gün əvvəl qatar bələdçiləri Nazirlər Kabinetinin qarşısında aksiya keçirib. Qatar bələdçilərinin etirazına səbəb onların MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılaraq beynəlxalq xətlərə qadın bələdçilərinin yerləşdirilməsidir.