Bələdiyyə binasında yanğın

belediyye-binasinda-yangin
Oxunma sayı: 968

Oğuzda bələdiyyə binası yanıb.

"Qafqazinfo"nun məlumatına görə  yangın hadisəsi  gecə saatlarında rayonun Filfilli kənd  bələdiyyəsinin inzibati binasında baş verib.

Yanğın baş verən əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən  texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində 100 kv/m sahəsi olan bələdiyyə binası 50 kv/m sahədə yanıb.Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov