“Seçki Məcəlləsindən bələdiyyələrlə bağlı hissə çıxarılmalıdır”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı ayrıca qanunvericilik aktı qəbul edilməlidir: “Təsəvvür edin ki, Prezidentliyə namizədlə hansısa kənddə bələdiyyə üzvü seçilən şəxsə eyni sənədləri toplamaq tələbi qoyulur. Bələdiyyə seçkiləri haqda qanun Seçki Məcəlləsindən çıxarılıb ayrı olmalıdır. Bununla da vətəndaşların rahat şəkildə bələdiyyə seçkilərində iştirak etməsini təmin edə bilərik.
Seçkiyə qatılmaq üçün imza limitini də 10-100 arasında edə bilərik. Bələdiyyə seçkilərində ən yuxarı qurum Dairə Seçki Komissiyası olmalıdır. Çünki bu, yerli idarəetmə orqanıdır. Mərkəzi Seçki Komissiyası bununla bağlı tövsiyələrini, təkliflərini verə bilər. Əgər Dairə Seçki Komissiyasının qərarından narazı qalarlarsa, MSK-ya yox, rayon məhkəməsinə müraciət edərlər”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər