Tədbiri giriş sözü ilə açan Ümid Partiyası sədrinin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva ölkədəki ictimai-siyasi vəziyyət, qadınların ictimai-siyasi proseslərdə rolunun əhəmiyyəti və gender problemi ilə bağlı çıxış etdi. Toplantıda konfransa hazırlığın vəziyyəti, bələdiyyə seçkilərinə hazırlıq, seçkilərdə qadınların rolu, bələdiyyə seçkilərində qadın namizədlərin irəli sürülməsi və digər məsələlər müzakirə olundu. İştirakçılar bələdiyyə seçkilərində partiyanın qadın üzvlərinin fəal iştirak edəcəklərini bəyan edildi. Qadınlardan 4 nəfəri bələdiyyə seçkilərində öz namizədliklərini irəli sürəcklərini bildirdilər.
Son xəbərlər
Son Xəbərlər