İyunun 18-də paytaxtın Suraxanı rayonunda Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə reyd keçirib.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, reyd zamanı Zığ bələdiyyəsinin inzibati binasının arxa hissəsində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub. Zığ bələdiyyəsinin sədri K.Nəsrullayev İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər