Bələdiyyə sədrinə cinayət işi başlandı

belediyye-sedrine-cinayet-isi-baslandi
Oxunma sayı: 2587

Neftçalada bələdiyyənin vəzifəli şəxsləri pul vəsaitlərini mənimsəyiblər.

Neftçala rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, Xəzər bələdiyyəsinin sabiq sədri Loğman Sultanovun 1823 manat, hazırkı bələdiyyə sədri Fətulla Muradovun isə işlədiyi dövrdə  2196 manat pulu öz səlahiyyətlərindən istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.