“Bələdiyyələrə 82 milyon manat dotasiya verilib”

belediyyelere-82-milyon-manat-dotasiya-verilib
Oxunma sayı: 1067

“Bələdiyyələrə ötən il 82 milyon manat dotasiya verilib”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu deputat Siyavuş Novruzov deyib. 

O bildirib ki, bələdiyyələrdə üst qurum olmadığı üçün onlar seçicilərin rəyinə uyğun olaraq fəaliyyət göstərirlər. Ötən il bələdiyyələr tərəfindən 1289 qeyri-qanuni akt qəbul edilib, 1274 akt isə qanuna uyğunlaşdırılıb. 

S.Novruzov əlavə edib ki, 20 ildən çoxdur Azərbaycanın işğal olunmuş ərazilərində bələdiyyə seçkiləri keçirilmir: “Bununla da 1 milyondan çox insanın fundamental hüquqları pozulur. AŞPA, ATƏT və 5-ci kalonun nümayəndələri insanların təməl hüququ olan seçmək və seçilmək hüququ haqda bir bəyanat verməyiblər. Amma hansısa məntəqədə 1 səsin pozulmasına görə əksər beynəlxalq qurumlar bəyanat verirdilər”.

Murad Əhməd