“Bələdiyyələrlə bağlı 5 iş məhkəmələrin icraatındadır”

belediyyelerle-bagli-5-is-mehkemelerin-icraatindadir
Oxunma sayı: 724

“Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb. Ötən il bələdiyyə aktlarının 2 200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Bələdiyyələrin fəaliyyəti ilə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında hesabatın müzakirəsində deyib. O qeyd edib ki, 9 bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb:

“Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır”.

V.Zahirov bildirib ki, bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsi ilə bağlı müəyyən dəyişiklik olunub.

Günel Türksoy