“İçində korrupsiya faktı ilə bağlı olan 3 material da daxil olmaqla 65 material araşdırılmaq üçün prokurorluq orqanlarına göndərilib. Bundan əlavə, vətəndaşlar tərəfindən daxil olan 2093 müraciətə baxılıb ki, bu da ötən illə müqayisədə xeyli azdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik hesabatının müzakirəsi zamanı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Üzrə Mərkəzinin sədri Mehdi Səlimzadə deyib. Onun sözlərinə görə, Mərkəz tərəfindən həmin müraciətlərə baxılaraq, onlardan 107-si tam, 20-si isə qismən təmin olunub: “İçində korrupsiya faktı ilə bağlı olan 3 material da daxil olmaqla 65 material araşdırılmaq və hüquqi qiymət verilmək üçün prokurorluq orqanlarına göndərilib. Bununla yanaşı, bəzi bələdiyyələrdə aşkar olunan müəyyən maddi pozuntuların dərhal aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi ilə bağlı addımlar atılıb. Mərkəz tərəfindən 2007 bələdiyyə aktın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bələdiyələrə geri qaytarılıb. 330 bələdiyyə sədri ilə bağlı məhkəmə orqanların müvafiq qərarları olub”.
Bələdiyyələr tərəfindən qanunsuz torpaq satışına gəlincə, M. Səlimzadə əvvəllik illərlə müqayisədə 2014 və 2015-ci illərdə bu yöndə ciddi qanunsuzluqlar yaşanmadığını bildirib: "Əvvəlki illərlə müqayisədə qanunsuz torpaq satışı hallarlı demək olar ki, yox dərəcəsindədir".
Müzakirələrdən sonra hesabat parlamentin plenar iclasına tövsiyə olunub.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər