“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qazax rayonu, Cəfərli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 60 ha sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 16:53-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qazax rayonu, Dəmirçilər kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 70 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.
Yaxınlıqdakı mesə zolağı yanğından mühafizə olunub. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər