Bələdiyyəyə məxsus ərazidə yanğın -

belediyyeye-mexsus-erazide-yangin-
Oxunma sayı: 694


“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Bığır kəndində (rayon mərkəzindən 14 km aralı) bələdiyyəyə məxsus dağlıq ərazisində 30 ha kol-kos və biçilmiş taxıl sahəsi yanaraq sıradan çıxıb.

Ərazidə olan digər otlaq sahələr yanğından mühafizə olunub.

Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

“Qafqazinfo”