“Bələdiyyəyə üzv seçməyə adam tapmırlar” - Siyavuş Novruzov

belediyyeye-uzv-secmeye-adam-tapmirlar-
Oxunma sayı: 1596

“Növbəti seçkilərə qədər bələdiyyələrlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir. İlk növbədə bələdiyyələrin sayı azalmalıdır”

“Qafqazinfo” xəbər verir ki, bunu MM-nin komitə sədri Siyavuş Novruzov “Bələdiyyələrin əraziləri və topraqları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib. O bildirib ki, bələdiyyə üzvlərinin sayı kəskin şəkildə azaldılmalıdır: “Bu qədər bələdiyyə və bələdiyyə üzvünə Azərbaycanda nə ehtiyac var? Məsələn, Bakının Yasamal rayonunu götürək. 3 millət vəkili var, amma 19 dənə bələdiyyə üzvü var. Bu nəyə lazımdır? Bəzi yerlərdə isə bələdiyyəyə üzv seçməyə adam tapmırlar”.

Günel Türksoy