Əli Əhmədov maliyyələşmədən danışdı

eli-ehmedov-maliyyelesmeden-danisdi
Oxunma sayı: 635

"Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinə onların dövlət tərəfindən saxlanması kimi yanlış baxış ortaya qoymaq düzgün deyil. Bu, sadəcə dövlət tərəfindən partiyaların müəyyən qədər dəstəklənməsi deməkdir", - “Qafqazinfo”nun məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədov deyib.

Əhmədov bildirib ki, dünya təcrübəsində siyasi partiyaların maliyyələşdirilməsi daha çox onların parlamentdə təmsilçiliyi əsasında müəyyən edilir.

"Həm partiyaların cəmiyyət tərəfindən dəstəklənməsini nəzərdə tutan və əks etdirən, həm də partiyaların inkişafına, onların malik olduğu ictimai dəstəyə uyğun şəkildə kömək göstərmək üçün bu, ən yaxşı formadır. Bəzi nüanslar var ki, onları da qəbul etmək lazım gələcək", - YAP-ın sədr müavini deyib.