“Bəli, mən ölməyə hazırlaşmıram...”

beli-men-olmeye-hazirlasmiram
Oxunma sayı: 2158

“Artıq 25 ildir ki, məni dəfn edirlər. Bəli, mən ölməyə hazırlaşmıram. Mən Allahdan bir şey istəyirəm: səhhətimlə bağlı vəziyyət belə davam etsin”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko səhhətində problemlər yarandığı barədə məlumata münasibətində bildirib.

O, bu xəbərləri 2020-ci il prezident seçkilərindən sonra ölkəni tərk etmiş müxalifətçilərin yaydığını söyləyib: “Bizim qaçaqlar da prezident seçkilərinə hazırlaşırlar: ilk növbədə, prezidentin hamıdan oğurladığını göstərməliyik. Mən isə sadəcə belə deyirəm: Xahiş edirəm, nə pulum varsa, götürün. Deyirlər ki, BƏƏ-də saxlayıram. Gedin, götürün. İndi pul gizlətmək qeyri-mümkündür”.

O əlavə edib ki, bəzi insanlar bu cür mülahizə yürütməyə öyrəşiblər: əgər bir adam hakimiyyətdədirsə, o, mütləq haradasa nəsə oğurlayacaq.

Qeyd edək ki, “Dojd” telekanalında «И так далее…» verilişinin aparıcısı Mixail Fişman öz mənbələrinə istinadən bildirib ki, Lukaşenkonun Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı vəziyyəti forum iştirakçılarının gözü qarşısında kəskin şəkildə pisləşib. Onun sözlərinə görə, Belarus Prezidenti növbəti gün sammitdə həmkarlarıı ilə görüşüb, eyni zamanda tədbirdə çıxış etsə də üzü solğun, nitqi səlis olmayıb.