“Bəli, rüşvət almışam” - Vitse-prezident

beli-rusvet-almisam
Oxunma sayı: 2235

FİFA-nın keçmiş vitse-prezidenti Ceffri Uebb ABŞ məhkəməsində ifadə verib.

“Qafqazinfo” xəbər verir ki, o, ali futbol qurumunda işləyərkən rüşvət aldığını etiraf edib. Uebb bildirib ki, DÇ-2018 və DÇ-2022-nin ev sahibliyi müəyyənləşərkən rüşvət alınıb: “Rüşvət almışam. Şəxsi mənfəətimi güdmüşəm. Buna çox peşmanam”.