Bu gün Milli.Az saytının 4 yaşı tamam olur. Bu münasibətlə saytın baş redaktor müavini, kriminal xəbərlər sahəsində ölkənin ən aparıcı jurnalisti kimi tanınan Anar Məmmədov facebook sosial şəbəkəsindəki profilində təbrik yazıb.
"Dörd il bundan qabaq, bu gün yeddi nəfərin ən həyəcanlı günü idi. Milli.Az saytı fəaliyətə başlamışdı. Yeddi nəfərlik kollektivimiz saytın necə olacağını düşünürdü. "Bəlkə oxunmadıq", "bəlkə o biri saytların tayı olduq", "alınmasa bağlanacaq" kimi şübhə dolu söhbətlər edir, yalançı gülüşlərlə bir birimizi sakitləşdirirdik. Çünki hər birimiz işimiz atıb yeni yaranan sayta gəlmişdik. Amma Milli.Az yarandı, işlədi, özünü sübut etdi, hətta döğdu-törədi...
O vaxt özümüzü "Yeddi oğul istərəm" flmindəki Bəxtiyarın dəstəsinə bənzədirdik. Ona görə də dəstənin Bəxtiyarı hesab olunan Sevda Hamidova (sonradan bu missiya mənə ötürüldü və hələ də sağam), Cahangir Həsənli, Megrur Eli Polad,Mahir Mammadli, Emin Hasanov, Zahir Rəhimov xatırlamağı borc bildim... Hazırki kollektivimizə də təşəkkür düşür. Gözəl bünovrə üzərində möhtəşəm imarət ucaltdıqlarına görə..."