Elman Rüstəmov müqavilə bağladı

elman-rustemov-muqavile-bagladi
Oxunma sayı: 659

“Qafqazinfo”nun verdiyi məlumata görə, saziş sənədlərinin imzalanması “Hilton” otelində keçirilən tədbirdə baş tutub. Azərbaycan Gənclər və İdman Naziri (AGİN) Azad Rəhimovun giriş sözü ilə açılış etdiyi tədbirdə 2 sənədə imza atılıb. Azərbaycanda səfərdə olan FİDE prezidenti Kirsan İlyumjinov və AŞF prezidenti Elman Rüstəmov əməkdaşlıqla bağlı müqaviləyə imza atıblar. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə “Aqon Limited” şirkətinin rəhbəri Endryu Polson isə 2013-cü ilin martında Londonda şahmat tacı uğrunda İddiaçılar Turnirinin sponsorluğu barədə sazişə imza atıblar. Qeyd edək ki, “Aqon Limited” şirkəti Londonda baş tutacaq turnirin təşkilatçısıdır.

Ceyhun Əhmədov