Elmar Vəliyev jurnalistlərin toplantısını əngəllədi

elmar-veliyev-jurnalistlerin-toplantisini-engelledi
Oxunma sayı: 679

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, MHİ oktyabrın 22-də Gəncədə jurnalistlər üçün mediada peşəkarlığın, informasiya əldə etmə vərdişlərinin artıırılması ilə bağlı treninq keçirməli idi. Bir neçə gün öncədən treninqin yeri dəqiqləşdirilib, müraciət edənlər sırasından 25 iştirakçı seçilib. Oktyabrın 21-də MHİ-yə bildirilib ki, treninqlə bağlı şəhərin icra hakimiyyətini də bilgiləndirmək lazımdır. Təşkilatçılar İH-ə məktub göndərərək treninqlə bağlı məlumat veriblər və İH-nin informasiya siyasətinə məsul təmsilçilərinin də treninqə qatılmasının təmin olunmasını xahiş ediblər. Gəncə İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsindən isə günün sonunda MHİ-yə tədbirin təxirə salınması barədə xəbərdarlıq olunub. Xəbərdarlıqda sadəcə onu vurğulayıblar ki, şəhər “İH-nin rəhbərliyi Gəncədə belə treninqin keçirilməsini məqsədəuyğun hesab etmir. Treninqlərdən öncə bunun üçün Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasından icazə almaq tələb olunur”.

MHİ rəhbərliyi yaranmış problemin çözülməsi üçün Prezident Adminstrasiyasına müraciət etsə də nəticə əldə edə bilməyib.

Xalid Ağaliyev, MHİ-nin proqram koordinatoru: “Bizim treninqlər sadəcə Azərbaycanda jurnalist təhsilinin, peşəkarlığının daha inkişaf etdirilməsini hədəfləyən bir vətəndaş cəmiyyəti təşəbbüsüdür. Halbuki, hökumət bəzən vətəndaş cəmiyyətindən belə təşəbbüslərin gəlməməsindən gileylənir. 2006-cı ildən bu yana müxtəlif bölgələrdə jurnalistlər, eləcə də dövlət qurumlarının informasiyalarla işləyən nümayəndələri üçün 100-dən artıq belə treninq keçirmişik. Bu günədək treninqlərin təşkili iləb bağlı heç bir bölgədə problemlə qarşılaşmamışıq.

Heç bir qanun treninqlərin, təlimlərin keçirilməsi ilə bağlı razılaşdırma, icazə rejimi nəzərdə tutmur. İcra Hakimiyyətinin treninqin keçirilməsinə imkan verməməsi qanunsuzdur. Vətəndaş cəmiyyəti qurumlarına qarşı yol verilən onların fəallığını daraltmağa yönəlik belə pozuntular təəssüf doğurur, hüquq və azadlıqları hədəf alan təhlükəli tendensiyaları ifadə edir”.