Belqorada giriş bağlanır

belqorada-giris-baglanir
Oxunma sayı: 3475

Avqustun 19-dan etibarən Rusiyanın Belqorod vilayətinin bəzi yaşayış məntəqələrinə giriş bağlanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vilayət rəsmisi Vyaçeslav Qladkov teleqramda məlumat verib.

O, qeyd edib ki, Novostroevka-Vtoraya, Novopetrovka, Sovxoznı, Dobropolye və Kazaçok kəndlərinə giriş ərazidən sakinlərin köçürülməsi məqsədilə bağlanacaq:

“Biz rayonun beş yaşayış məntəqəsinin təxliyəsinə kömək edirik”.

Qladkov onu da deyib ki, sözügedən ərazidə qeydiyyatda olan hər bir sakinə 15 min rubl dəyərində kompensasiya ödəniləcək.