Belqorod vilayətində silah-sursat anbarı yandı - Video

belqorod-vilayetinde-silah-sursat-anbari-yandi
Oxunma sayı: 1648

Rusiyanın Belqorod vilayətində sursat anbarı yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

“Son məlumatlara görə, tələfat, zərərçəkən yoxdur. Rayon rəhbəri Timonovo və Solotı kəndlərinin sakinlərini təhlükəsiz əraziyə aparır. Hadisə yerində əməliyyat xidmətləri çalışır, yanğının başvermə səbəbi araşdırılır”, - deyə o bildirib.