Rusiyanın Belqorod vilayətinin Şebekino kəndi atəşə tutulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında məlumat paylaşıb.
“Şebekinoda kritik olaraq qalmaqdadır. Baş verənlərin nəticəsində son sutkada 9 nəfər xəsarət alıb. Onların arasından bir qadının vəziyyəti ağırdır. O, hazırda reanimasiyadadır”, - Qladkov qeyd edib.
Qubernatorun sözlərinə görə, Şebekinoda 8 çoxmənzilli, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib.