Belqorod vilayətinin Belqorod və Valuyki şəhərlərində raket hücumu ilə bağlı xəbərdarlıq elan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında məlumat verib.
Qubernator yerli sakinləri möhkəm divarları olan pəncərəsiz ərazilərdə dayanmağa, koridorda, hamamda, tualetdə, şkafda sığınmağa və qətiyyən pəncərələrə yaxınlaşmamağa çağırıb. O, küçədə olanlara sığınacaq və ya başqa təhlükəsiz yerə getmələrini tövsiyə edib.