Elşad Abdullayev Ramil Usubovun qardaşı haqda şok faktlar açıqladı

elsad-abdullayev-ramil-usubovun-qardasi-haqda-sok-faktlar-aciqladi-
Oxunma sayı: 3335

Redaksiyamıza daxil olan məlumata görə, bu məktubla bağlı narahatlıq keçirənlərdən biri də daxili işlər naziri Ramil Usubovdur. Xatırladaq ki, Elşad Abdullayev məktubunda yazır ki, qardaşı Mahirin oğurlanmasının əvəzində ondan pul, eyni zamanda rəhbərlik etdiyi ABU-ni istəyənlərin təşkil etdiyi cinayət hadisəsində iştirak edənlərdən biri də Yasamal rayon MTN-in rəisi Mütəllim Usubov olub.

Bu isə daxili işlər nazirinə narahatlıq yaradıb. Çünki belə ağır suçlama ilə üz-üzə qalan Mütəllim Usubov daxili işlər nazirinin doğmaca qardaşıdır. Bizdəki məlumata görə, Ramil Usubov qardaşının adının “Mahir Abdullayevin oğurluğu”nda açıq şəkildə çəkilməsindən narahatdır və bunun nə məqsədlə edildiyini bilmək istəyir. Daxili işlər naziri bu məqamın ona yönəlik iqtidarçı bir kompromat məqsədi ilə dövriyyəyə buraxıldığını düşünür.

“Unikal” qəzeti