Elşad Xose və Oksanadan yenə yazıldı

elsad-xose-ve-oksanadan-yene-yazildi-
Oxunma sayı: 958

Axı biz Azərbaycanda yaşayırıq. Kiçik problemlərimiz var. (red. Oksana kiçik problem deyəndə yəqin ki, Haqay Avenilovla rəsmi nigahda olduğunu nəzərdə tutur). Onları həll edən kimi evlənəcəyik. Toy mənimçün vacib deyil. Çünki artıq ərdə olmuşam və gəlinlik geymişəm. Amma istəyirəm ki, pasportumda nigah möhürü və kəbinim olsun. Bunsuz heç bir münasibət ola bilməz" deyə açıqlama verən rəqqasə 6 aydır ki, Elşad Xose ilə birlikdə kirayələdikləri mənzildə birlikdə yaşayır. Yazdıqlarımızın şayiə xarakteri daşımamasını əsas götürərək onların yaşadıqları ünvanı da açıqlaya bilərik: Yasamal rayonu, Şərifzadə küçəsi ev 168A.

Bu həmin o mənzildir ki, Elşad Xose may ayının əvvəlində yemək verilişlərinin birinin iştirakçısı olanda, çəkiliş elə orada aparılmışdı. O verilişdə Oksana da var idi, amma Elşadın yaxın dostu kimi təqdim olunurdu. Hətta yeməkləri hazırlamaqda Elşada canla-başla kömək edirdi. Verilişə baxmayanlar təqdim etdiyimiz linkdə sözlərimizin həqiqət olduğunu görəcək: http://vimeo.com/23377091

Elşad Xose və Oksana Rəsulovanın sevgili olduqları barədə söz-söhbət keçən ilin ikinci yarısından, yəni düz bir ildir gəzir. Bu bir ildə Oksananın adı gah Namiq Qaraçuxurlu ilə, gah da Xose ilə hallandı. Rəqqasənin qanuni əri Haqay Avenilovun varlığından heç kimi xəbəri yox idi. Ta ki, 2010-cu ilin oktyabrında özü belə bir adamla nişanlı olduğunu açıqlamayınca. Oksana özünün dediyinə görə, bu söz-söhbətlərə son qoymaq üçün Haqay Avenilov adlı Rusiyada yaşayan bakılı yəhudi ilə nişanlandığını açıqladı. Amma sən demə o, Haqayla 14.07.2010 tarixindən rəsmi nigaha girib. Nigah kağızında hətta Oksananın ərinin soyadına keçməsi də göstərilib. Yəni Oksana artıq Rəsulova deyil, Avenilovadır.

Nişanlı olduğunu və yaxın aylarda evlənəcəyini açıqlamasına baxmayaraq, tədbirlərdə daha çox Elşad Xose ilə göründüyündən söz-söhbət yenə də səngimədi. Və rəqqasə bu ilin əvvəlində, yanvar ayında mətbuata Haqayla nişanının pozulduğunu açıqladı. May ayında isə Elşad Xose ilə sevgili olduqlarını etiraf etdi. Sən demə Xose də Oksananın ikinci əri ilə hələ də nikahda olduğunu bilirmiş: “Mən bunu bilirdim və Oksana ilə boşanmanı gözləyirdik".

Yeri gəlmişkən, Elşad Xose Oksananın "Hyundai Santa Fe" markalı avtomobilinin də Haqayın pullarına alındığından xəbərdardır. Xose üçün fərqi yoxdur, avtomobilin də başqasının malı olmağının elə bir əhəmiyyəti yoxdur. Hər halda əhəmiyyəti olsaydı, bir balaca kişilik nümayiş etdirib Oksananın maşınını sürməzdi, yiyələnməzdi...