Əlvida, Kapello!

elvida-kapello
Oxunma sayı: 648

“Qafqazinfo”nun “Dailymail”ə istinadən verdiyi xəbərə görə, 65 yaşlı baş məşqçi İngiltərə Futbol Federasiyası (İFF) ilə aralarındakı anlaşmazlıqdan sonra bu addımı atıb. Belə ki, İFF İngiltərə yığmasının kapitanlıq sarğısının Con Terridən alınmasına qərar verib. Kapello isə buna qarşı çıxıb və Terrini kapitan kimi gördüyünü bildirib. İtalyan çalışdırıcının mövqeyi İFF rəhbərliyi tərəfindən kəskin tənqid olunub və nəticədə o istefa verib.

İngiltərə yığmasında Kapellonu əvəz etməyə ən real namizəd kimi “Tottenhem”in baş məşqçisi Harri Rednapp göstərilir. Hotspurlular isə klubla gələn mövsümün sonunadək müqaviləsi olan ingiltərəli mütəxəssisi komandada saxlamaq istəyir.


Ceyhun Əhmədov