Elxan Poluxovun jurnalistlərə vida mesajı - Mətn

elxan-poluxovun-jurnalistlere-vida-mesaji-metn
Oxunma sayı: 705

“Qafqazinfo”nun məlumatına görə, səfir mətbuat xidməti vəzifəsinə yeni təyin edilən Elman Abdullayevlə jurnalistlərin əməkdaşlığının uğurlu və qarşılıqlı faydalı olacağına inandığını bildirib:
“Son üç il ərzində səbirsizliklə gözlədiyim bir xəbərin sizə çatdırılmasının anı artıq yetişdi!!! Mən daha XİN-in mətbuat katibi deyiləm!!! Lakin bu o demək deyil ki, mənə sizinlə işləmək xoş deyildi, əksinə hər səhər sizin zənglərinizlə başlayanda mən əmin olurdum ki mən hələ sağam (digər halda zəngi eşitməzdim), məni işdən çıxarmayıblar (onda mənə heç kim zəng etməzdi) və dünyada hər zaman olduğu kimi stabil qeyri-stabillik var (əks halda siz, mənə nə üçün zəng edərdiniz?!) Sözsüz bu bir zarafatdır!!! Mənim həyatımın demək olar ki, son 10 ili mətbuat və mətbuat işçiləri ilə bağlıdır və buna görə də mən jurnalistləri həmişə həmkar hesab etmişəm və bununla da fərəhlənirəm. Cənab Prezidentin mənə
etimad göstərməsi və Səfir vəzifəsinə təyin etməsi, fövqəladə və
Səlahiyyətli Səfir rütbəsi verməsi mənim üçün çox şərəflidir və mən ümid edirəm ki bu etimadı doğrulda biləcəyəm və bu məsələdə sözsüz ki, yenə də sizin köməyinizə ümid edirəm. CAR nə qədər uzaq olsa da, o qədər də yaxındır!!!”.

Səidə