BƏM İsraillə bağlı qərarını açıqladı

bem-israille-bagli-qerarini-aciqladi
Oxunma sayı: 1641

“BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Qəzza zolağında soyqırımının qarşısını almaq üçün İsrailin bütün lazımi tədbirləri görməsinə qərar verib”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu məhkəmənin sədri Coan Donohyu CAR-ın İsrailə qarşı qaldırdığı “soyqırımı” iddiası ilə bağlı BƏM-in qərarını açıqlayarkən deyib.

“İsrail soyqırımı barədə konvensiyaya daxil olan hər bir fəaliyyətin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir”, - deyə sədr qeyd edib.

“The New York Times”ın yazdığına görə isə, İsrail, həmçinin Qəzza zolağında daha çox humanitar yardımın çatdırılmasına icazə verməlidir.

Qeyd edək ki, BƏM-də CAR-ın iddiası ilə bağlı ilkin dinləmələr yanvarın 11-i başlayıb. CAR iddia edir ki, İsrailin Qəzza zolağındakı fəaliyyətləri “soyqırımı xarakteri daşıyır”. İddiada İsraildən Qəzzadakı hərbi fəaliyyətləri dayandırmaq tələb olunurdu.