Əminə Ərdoğandan baş nazirə super təklif

emine-erdogandan-bas-nazire-super-teklif-
Oxunma sayı: 650





Türkiyədə yeni hökumət proqramında yer alacaq maddələr arasında qadınlara xüsusi diqqət ayrılıb. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bura “boşanmış analara ev verilməsi”ni nəzərdə tutan maddə də daxil edilib. Həmin maddəyə əsasən, tək yaşamaq məcburiyyətində qalan analara veriləcək bu evlər onların həyat şəraitini yaxşılaşdırmağa xidmət edəcək. Anaları, xüsusilə keçmiş həyat yoldaşlarından qorumaq üçün evlərin təhlükəsizliyi qorunacaq. Bu evlərdə yaşayan analara yaşıl kart, uşaqları üçün təhsil yardımı və ailə yardımı ediləcək. Ev sahibi olmaq üçün ehtiyacı olduğunu sənədləşdirmək kifayət edəcək. Ev təsisləri uşaqlar təhsillərini tamamlayana qədər davam edəcək, bəzi hallarda isə uzadılacaq. Belə bir layihəni irəli sürən Əminə Ərdoğanın qadına şiddətlə bağlı son vaxtlar mətbuatda gedən xəbərlərdən təsirləndiyi və belə bir fikri irəli sürdüyü bildirilir.

Səidə