Ən nəhəng körpünün tikintisi başlayır

en-neheng-korpunun-tikintisi-baslayir-
Oxunma sayı: 655

“Qafqazinfo”nun Türkiyə mətbuatına isinadən xəbərinə görə, layihəyə ilkin mərhələdə 3 milyard dollar xərclənməsi planlaşdırılır. İqtisadçılar hesab edirlər ki, iki ölkə arasında ticarət həcmini artıracaq körpü Şimali Afrikaya gedən körfəz xalqları üçün də keçid nöqtəsi olacaq.

Körpünün tikintisindən sonra Misirə gətirilən mallar üçün İsrail torpaqlarında istifadə etməyə ehtiyac qalmayacaq. Layihə Türkiyə üçün də böyük əhəmiyyət daşıyır.

Səudiyyə Ərəbistanı ilə Misir arasında Qırmızı dəniz üzərində tikilməsi planlaşdırılan körpü sayəsində körfəzdən quru yolu ilə Aralıq dənizinə neft nəqlində ikinci bir strateji yol açılacağı bildirilir.