Benelüks Azərbaycanlıları Konqresinin Bakı ofisinin açılışı oldu

beneluks-azerbaycanlilari-konqresinin-baki-ofisinin-acilisi-oldu
Oxunma sayı: 851


“Qafqazinfo” xəbər verir ki, bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında fəaliyyət göstərəcək qurumun açılışı olub. Təşkilatın Bakı ofisinə sədrliyi xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı edəcək. 
Açılışda Benelüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Azərbaycan-Niderland Parlamentlərarası Dostluq Qrupunun sədri Adil Əliyev, millət vəkili Sabir Rüstəmxanlı və digər qonaqlar iştirak ediblər. Azərbaycan Diasporu adına böyük işlər görən təşkilatın Bakı ofisinin açılışı yüksək qiymətləndirilib və təşkilatın bundan sonra daha geniş şəkildə fəaliyyət göstərəcəyinə əminlik ifadə edilib. 

Yaxın vaxlarda bu ofisdə Azərbaycanın diaspor fəaliyyəti ilə bağlı maraqlı tədbirlər həyata keçiriləcək.