Portuqaliyanın "Benfika" klubu baş məşqçisi Brunu Laqeni istefaya göndərib.
"Qafqazinfo" klubun saytına istinadla xəbər verir ki, 44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Lissabon təmsilçisi son turlarda komandanın uğursuz nəticələr qazanmasından sonra bu addımı atıb.
Qeyd edək ki, "Benfika" çempionatın başa çatmasında 6 tur qalmış "Portu"dan 6 xal geridədir. Portuqaliyalı mütəxəssis 2019-cu ildən komandanı çalışdırırdı.
Son xəbərlər
Son Xəbərlər