“Benfika” baş məşqçisini istefaya yolladı

benfika-bas-mesqcisini-istefaya-yolladi
Oxunma sayı: 1158

Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Jorje Jezus istefaya göndərilib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Baş məşqçi vəzifəsini müvəqqəti olaraq Nelson Verissimonun icra edəcəyi açıqlanıb.

Qeyd edək ki, Jezus 2020-ci ilin yayında “Benfika”nın baş məşqçisi olmuşdu. Komanda onun rəhbərliyi altında Portuqaliya çempionatında 15 matçda 37 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.