“Benfika”nın yeni baş məşqçisi müəyyənləşdi

benfikanin-yeni-bas-mesqcisi-mueyyenlesdi
Oxunma sayı: 1367

Portuqaliyanın “Benfika” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, bu vəzifəyə Rocer Şmidt təyin olunub. Alman mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Şmidtin son iş yeri 2021/2022-ci il mövsümündə Niderland çempionatının gümüş medalını qazandığı PSV olub.

Xatırladaq ki, “Benfika” Portuqaliya Liqasında çempion “Portu”dan 17 xal geri qalaraq 3-cü yeri tutub.