Liviyanın Benqazi şəhərində raket mərmisi yaşayış binasına düşməsi nəticəsində 3 nəfər həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, şəhərin cənub-şərqində yerləşən üçmərtəbəli binaya düşən mərmi nəticəsində yaxınlıqdakı avtomobillərə ziyan dəyib.
Təhlükəsizlik qüvvələri raket mərmisinin kim tərəfində atıldığının məlum olmadığını bildirib.
Son xəbərlər
Son Xəbərlər