Bensu Soral iş adamından boşandı

Bensu Soral iş adamından boşandı
Oxunma sayı: 2534

Son vaxtlar aralarında yaşanan problemlərlə gündəmə gələn türkiyəli aktrisa Bensu Soralla iş adamı Hakan Baş boşanıb.

Bu barədə “Qafqazinfo” “Gazete Magazin”ə istinadən xəbər verir.

Üç il əvvəl nikaha girən cütlük elə ilk məhkəmə prosesində yollarını ayırıb.

Qeyd edək ki, H. Baş ötən günlərdə Nişantaşıda müğənni Edis Görgülünün asistenti Simge İnce ilə obyektivlərə tuş gəlmişdi. Bunu görən Baş “Dostlar, xanımla aramızda düşündüyünüz kimi bir şey yoxdur”, - deyə bildirmişdi.