Benzema iftar üçün Türkiyədə - Fotolar

benzema-iftar-ucun-turkiyede
Oxunma sayı: 915

“Real Madrid”in ulduzu Kərim Benzema İstanbulun Fatih Bələdiyyəsinin təşkil etdiyi iftar süfrəsində iştirak edib.

“Qafqazinfo” Sabah qəzetinə istinadən xəbər verir ki, əlcəzair əsilli frasız müsəlman futbolçu iftar zamanı afrikalı futbolçularla da görüşüb.

Ulduz futbolçu iftardan öncə isə bələdiyyə sədri Mustafa Dəmirin qonağı olub, ona imzalı “Real Madrid” forması hədiyyə edib. Bələdiyyə sədri də öz növbəsində qonağına “Süleymaniyyə məscidi”nin maketini hədiyyə edib.

Benzema daha sonra 9 ildir iflic xəstəsi olan Zəkəriyyə Akgülü evində ziyarət edib.