Benzema yenidən millidə - Fransanın heyəti açıqlandı

benzema-yeniden-millide
Oxunma sayı: 1971

Futbol üzrə Fransa milli komandasının bu yay keçiriləcək AÇ-2020 üçün geniş heyəti açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, baş məşqçi Didye Deşam ilkin heyətə 26 futbolçunun adını daxil edib.

Siyahıda 3 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi, 8 hücumçu yer alıb.

Deşam İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzemaya da dəvət göndərib. O, 6 ildən çox idi milli komandaya dəvət almırdı.

Qeyd edək ki, 2015-ci ildə Benzema komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunub. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb. 33 yaşlı ulduz futbolçu indiyə qədər millidə 81 matça çıxıb, 27 qol vurub.

Qapıçılar: Huqol Lyoris (“Tottenhem”, İngiltərə), Mayk Menyan (“Lill”), Stiv Mandanda (“Olimpik”, Marsel);

Müdafiəçilər: Lukas Din (“Everton”, İngiltərə), Leo Dubua (“Olimpik”, Lion), Lukas Ernandes, Benjamin Pavar (hər ikisi “Bavariya”, Almaniya), Presnel Kimpembe (PSJ), Jul Kunde (“Sevilya”, İspaniya), Kleman Lanqle (“Barselona”, İspaniya), Rafael Varan (“Real”, İspaniya), Kurt Zuma (“Çelsi”, İngiltərə);

Yarımmüdafiəçilər: Nqolo Kante (“Çelsi”, İngiltərə), Tomas Lemar (“Atletiko”, İspaniya), Pol Poqba (“Mançester Yunayted”, İngiltərə), Adrien Rabyo (“Yuventus”, İtaliya), Mussa Sissoko (“Tottenhem”, İngiltərə), Korentin Tolisso (“Bavariya”, Almaniya);

Hücumçular: Vissam Ben Yedder (“Monako”), Kərim Benzema (“Real”, İspaniya), Kinqsli Koman (“Bavariya”, Almaniya), Antuan Qrizmann, Usman Dembele (hər ikisi “Barselona”, İspaniya), Olivye Jiru (“Çelsi”, İngiltərə), Kylian Mbappe (PSJ), Markus Turam (“Borussiya”, Mönhenqladbax, Almaniya).