Nigeriyanın Nasarava ştatında benzindaşıyan maşın partlayıb.
“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, nəticədə 35 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Xilasetmə xidmətinin əməkdaşı Usman Əhməd bildirib ki, ölənlərin çoxu hadisəyə baxmaq üçün partlayış baş verən yerə yaxınlaşanlardır.Hadisə benzin daşıyan avtomobilin yanacaqdoldurma stansiyasının yaxınlığında qəzaya düşməsi nəticəsində baş verib.
Son xəbərlər
Son Xəbərlər