“Benzinin qiyməti qalxdı, hamını velosiped sürməyə çağırıram”

benzinin-qiymeti-qalxdi-hamini-velosiped-surmeye-cagiriram
Oxunma sayı: 2494


“Qafqazinfo”ya açıqlamasında teleaparıcı həmkarlarının öz xüsusiyyətlərinə görə seçildiyini və hər kəsin öz yolu olduğunu bildirib:

“Hər kəsin öz stili, xarakteri, keçdiyi məktəb var.  Məktəb keçməyən, kiməsə baxıb götürən həmkarlarım da var. Bu gün deyə bilmərəm ki,  teleaparıcılarda hər şey superdir, lakin artıq inkişaf var. Teleaparıcılar tez-tez xarici sözlər işlədir, Milli Televiziya və Radio Şurası da bunu irad tutur. Bəzi sözlərin bizim dildə tərcüməsi və ya əvəzləyicisi yoxdur. Yalnız onu deyə bilərəm ki,  ötən illərə nisbətən artıq inkişaf var”. 

“Teleaparıcıların hansı xüsusiyyətindən narazısınız?” sualına isə Həsəni zarafatla cavab verib:

“Nədən narazıyam? Benzinin qiyməti iki qəpik qalxdı, hamını velosipeddən istifadə etməyə çağırıram. Bilirsiniz ki, “Bakı 2015” Avropa Oyunlarında velosiped üzrə səfir seçilmişəm.  Artıq iki ildir ki, velosipeddən istifadə edirəm. Hamı  məni qınadı ki, bu yaşdan sonra velosiped sürməzlər. Amma buna baxmayaraq velosiped aldım, boş vaxtlarımda sürürəm. Həmkarlarımdan isə heç bir narazılığım yoxdur”.  

Könül