Beqoviç “Milan”da debüt etdi - Video

Beqoviç “Milan”da debüt etdi
Oxunma sayı: 1378

İtaliya A Seriyasında 25-ci turun görüşləri keçirilir.

"Qafqazinfo" xəbər verir ki, "Milan" səfərdə "Fiorentina" ilə 1:1 hesablı heç-heçə edib.

Mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç "Milan"da debüt edib. Bosniyalı qapıçı 52-ci dəqiqədə zədələnən Canluici Donnarummanın əvəzinə meydana daxil olub. O, 85-ci dəqiqədə penaltini dəf edə bilməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi